[ 08 Aprel 2015 16:47 ]
Bakı. Ülkər Bəkirli - APA. “Misirin mövqeyi açıqdır və öz mövqeyinə sadiq qalır. Biz Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri dəstəkləyir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirik”.
APA-nın məlumatına görə, bu sözləri Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysəm Cəlal deyib. Diplomat ATƏT-in Minsk Qrupunun bu sahədə səylərini dəstəklədiklərini də söyləyib.