[ 08 Aprel 2015 16:40 ]


Bakı. Mübariz Aslanov - APA. “Bəzi xristian radikal qruplar var ki, Azərbaycanda yayılmağa cəhd edir. Biz buna imkan verməyəcəyik”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakı Ali Neft Məktəbində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı konfransda bildirib.

 

O qeyd edib ki, bu qrupları heç xristian kilsələri, xüsusilə də Azərbaycandakı xristian dininin təmsilçiləri də qəbul etmir: “Biz onların bu cəhdlərinə imkan verməyəcəyik”.

 

Komitə sədri deyib ki, bu gün nəinki xristian, İslam dini adından da istifadə edən radikal qruplar var ki, xüsusilə sosial şəbəkələrdə fəaldırlar: “Komitə olaraq onlara qarşı mübarizə də xeyli iş görürük. Gənclər də onlara qarşı ayıq-sayıq olmalıdırlar”.

 

M. Qurbanlı deyib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: “Bizim ölkəmizdə din dövlətdən ayrıdır”.