Rusiya prezidenti Vladimir Putinin birbaşa yayımda hər il xalqa etdiyi müraciəti bu il aprelin 16-da gerçəkləşdiriləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, birbaşa yayım üçün suallar sabahdan qəbul ediləcək.

Sualları sayt vasitəsi ilə də, istənilən mobil qurğu ilə vermək mümkün olacaq. Həmçinin "Moskva - Putinu" mobil əlavəsi ilə suallar vermək mümkün olacaq. Onun sözlərinə görə. bu mobil əlavə Android, Apple və Windows əməliyyat sistemləri üçün nəzərdə tutulub.

Qeydiyyat sistemi də sadələşdirilib. Artıq avtomatik şəkildə "VKontakte", "Odnoklassniki" və "Facebook" səhifələrinin vasitəsi ilə qeydə alınmaq mümkün olacaq.

Dmitri Peskov bildirib ki, bu il Vladimir Putinlə Krım sakinləri də əlaqə qura biləcək. «Krım Rusiya Federasiyasının subyektidir, ona görə də onu istisna etmək olmaz",- deyə Kremlin mətbuat katibi vurğulayıb.

Canlı yayım “Pervıy kanal”, “Rossiya 1”, “Rossiya 24”, “Obşestvennoe televidenie Rossii” telekanallarında, həmçinin “Mayak”, “Vesti FM” və “Radio Rossii” radiolarında canlı yayılacaq. Veriliş həmçinin “Russia Today” telekanalının bütün versiyalarında yayılacaq.
Mənbə
ANS PRESS