Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 70 illiyi ilə əlaqədar bu elmi qurumda bir sıra tədbirlər həyata keçirilir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyəsi ilə dərc olunan “Torpaqşünaslıq və aqrokimya” jurnalının növbəti xüsusi nömrəsi nəşrə hazırlanır. Maraqlananlar torpaqşünaslıq, ekologiya, aqrokimya və torpaq meliorasiyası sahəsində fundamental elmi-nəzəri və tətbiqi xarakterli məqalələrini aprelin 20-dək instituta təqdim edə bilərlər.