Bu gün səhər saatlarında Xəzər dənizində zəlzələ olub.

ANS PRESS-in Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 09:24-də qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3.1, dərinliyi 50 km olub.

Zəlzələ hiss edilməyib.

Qeyd edək ki, sonuncu yeraltı təkan aprelin 5-də Cəlilabaddan 34 km şimal-qərbdə Biləsuvar ərazisində zəlzələ qeydə alınıb.

Həmin yeraltı təkan da hiss olunmayıb.
Mənbə
ANS PRESS