[ 08 Aprel 2015 12:53 ]



 Bakı. Fuad Cəfərov – APA. Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 7-də saat 10.00 radələrində Kürdəmir rayonunun Xırdapay kəndində rayon sakini Eldar Rəhimovun idarə etdiyi "VAZ-21015" və Hacıqabul rayon sakini Cabir Cəbrayılovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. Nəticədə E.Rəhimovun 3 sərnişini xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 


Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.