Aktyor Bəhram Bağırzadə "Neftçi"nin Müşahidə Şurasının tərkibinə daxil edilməsindən danışıb
Milli.Az xəbər verir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində "Bakılı oğlanlar" komandasının üzvü uzun müddətdir belə təklif gözlədiyini bildirib:

"Çoxdan bu təklifi gözləyirdim. Mənim üçün sürpriz olmadı. Neçə ildir “Neftçi” futbol klubuna azarkeşlik edirəm. Dünən Çingiz Abdullayevlə görüşüb, söhbətləşdik. Aprelin 12-də oyun olacaq.

Futbolu sevən hər kəsi həmin gün 28-də, ticarət mərkəzində gözləyəcəm. Oyuna pulsuz bilet paylayıb, onlarla fotolar çəkdirəcəm. İndidən klubun qalib olub-olmayacağı ilə bağlı heç nə deyə bilmərəm. Amma futbol üçün əlimdən gələni əsirgəməyəcəm".

Milli.Az