"Report"un məlumatına görə, hadisə Nizami rayonunun Qara Qarayev 49, mənzil 78 ünvanında baş verib. Həmin ünvanda tək yaşayan 86 yaşlı qadının mənzilin qapısının döyülməsinə və telefon zənglərinə cavab vermədiyini görən oğlu bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Mənzilin qapısını qıraraq içəri daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları orada qadının meyitini aşkar ediblər. Qadının adının Fatma olduğu, həmın ünvanda tək yaşadığı bildirilib.
Hazırda dünyasını dəyişən qadının ölümünün səbəblərinin dəqiqləşdirilməsi istiqamətində araşdırmalar aparılır.