Samuxda ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, "VAZ" markalı avtomobil yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və ağaca çırpılıb.

Qəza nəticəsində 2 nəfər ağır yaralanıb.

Yaralılar ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Yaralılar rayonun Qarabağlılar kənd sakinləri 26 yaşlı Rüstəm Allahverdiyev və 24 yaşlı Elnur Həsənovdur.

Yaralılardan Rüstəm Allahverdiyevin vəziyyəti daha ağır olduğu üçün onu reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS: Ülvi Telmansoy