[ 08 Aprel 2015 03:03 ]



Bakı-APA. Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın  şəhərin Suraxanı rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin  mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.