İnsanın Marsa yiyələnəcəyi müddətlər bəyan edilib
Bakı, 7 aprel, AZƏRTAC
Planetar cəmiyyətin ekspertləri insanın Marsa yiyələnəcəyi müddətləri bəyan ediblər. İclasın təşkilatçıları onun materiallarının bir qədər sonra dərc olunacağını vəd ediblər, lakin “NY City Times” nəşri bu barədə aşağıdakıları bildirir.
Ekspertlərin fikrincə, astronavtlar 2033-cü ildə Marsın orbitinə çıxa biləcəklər, 2039-cu ildə isə onlar ilk dəfə Qırmızı planetin səthinə enəcəklər. Mütəxəssislərin qeyd etdikləri kimi, 2015-ci ildən 2033-cü ilədək 18 il ərzində ABŞ-da ən azı üç prezident administrasiyası dəyişə bilər və ekspertlər istəməzlər ki, bu, ABŞ-ın kosmos siyasətində dəyişikliklərə gətirib çıxarsın.
Bundan başqa, alimlər Marsda orbital missiyanın məqsədəuyğun olub-olmamasından narahatdırlar. Onların fikrincə, astronavtların planetə uzunmüddətli uçuşuna və güclü radiasiyaya görə onların orbitdə olması müddətini uzatmağın mənası yoxdur, Marsın səthinə enməyə başlamaq daha ağlabatandır, orada insanlar, yəqin ki, aylarla qala biləcəklər.
Alimlər Çinin kosmosa yiyələnməsində irəliləyiş olduğunu ayrıca vurğulayıblar. 1990-cı illərin birinci yarısında sənaye casusluğu ucbatından NASA Beynəlxalq Kosmik Stansiya (BKS) layihəsində bu ölkənin iştirakına imkan verməsə də o, 2022-ci ilədək milli orbital stansiyanın genişləndirilməsini başa çatdırmağı planlaşdırır.
Ekspertlər 2024-cü ildən sonra Rusiyanın BKS layihəsindən çıxmaq planlarından təəssüfləndiklərini bildirir, lakin qeyd edirlər ki, stansiyanın Amerika seqmentinin istismarı üçün ABŞ-ın NASA-ya ayırdığı vəsait onun Rusiyadan asılı olmadan fəaliyyət göstərməsi üçün kifayət edəcəkdir.
Alimlər kosmosun mənimsənilməsində biznesin iştirakına böyük ümidlər bəsləyirlər. Belə ki, 2014-cü ilin sentyabrında NASA rəsmən elan edib ki, dəfələrlə istifadə oluna bilən pilotlu kosmik gəmilərin və onları orbitə çıxaran vasitələrin inşası barədə çoxmilyardlıq kontrakt bağlamaq üçün “Boeing” və “SpaceX” şirkətlərini seçib. Müqaviləyə görə, agentlik “CST-100” gəmilərinin hazırlanması üçün “Boeing” şirkətinə 4,2 milyard dollar ayıracaq, “SpaceX” özəl şirkətinin “Dragon” seriyasından olan gəmilər isə artıq BKS-ə uçur.
Qeyd edək ki, Qeyri-hökumət Planetar Cəmiyyətin əsası 1980-ci ildə Karl Saqan, Luis Fridman və Brüs Mürrey tərəfindən qoyulub. O, kosmosa, nəqliyyat vasitələrinin yaradılmasına dair tədqiqatların dəstəklənməsi və populyarlaşdırılması ilə, kosmos siyasəti ilə məşğuldur. Hazırda cəmiyyətin təqribən 40 min üzvü var.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10