Texas Universiteti Azərbaycanı öyrənir
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 6-da Texas A&M Beynəlxalq Universiteti (TAMIU) ilə Azərbaycanın Dostları Assambleyası (AFAZ) arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
AZƏRTAC xəbər verir ki, İmzalanma mərasimində TAMIU-nun rektoru Ray Keck, AFAZ-ın sədri Kamal Öksüz, konqressmen Henri Kuellar, TAMIU-nun akademik işlər üzrə prorektoru Pablo Arenaz iştirak ediblər.
Görüş iştirakçıları razılaşmanı universitetin tələbə və professor-müəllim heyətinə Azərbaycanla birgə innovativ tədqiqatlar aparmağa imkan verən tarixi sənəd kimi qiymətləndiriblər. Qeyd edilib ki, mərkəzi Hyustonda yerləşən Azərbaycanın Dostları Assambleyası ABŞ və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, amerikalıları ABŞ-Azərbaycan münasibətəri və Amerikada yaşayan azərbaycanlılar haqqında məlumatlandırmaq məqsədilə təsis olunub. Assambleya Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkədə həyata keçirilən infrastruktur layihələri barədə informasiyanı, ümumiyyətlə Azərbaycan həqiqətlərini ABŞ-ın elmi dairələrində yaymağı özünün əsas fəaliyyət istiqamətlərindən hesab edir və bu məqsədinə çatmaq üçün Amerika universitetləri ilə əməkdaşlıq layihəsi işləyib hazırlayıb. Layihədə Amerika gənclərinin Azərbaycan haqqında daha dolğun məlumatlandırılması və bununla da Birləşmiş Ştatlarda Azərbaycana daha çox dostlar qazandırılması qarşıda duran mühüm məsələlərdən biri kimi nəzərdə tutulur. TAMIU ilə əməkdaşlıq da həmin layihənin tərkib hissəsi kimi həyata keçiriləcək.
AFAZ-ın sədri Kamal Öksüz Texas Universiteti ilə əməkdaşlıq haqqında anlaşmanın əldə olunmasına verdiyi dəstəyə görə konqressmen Henri Kuellara təşəkkürünü bildirib, bu cür təşəbbüslərin digər ştatlarda da həyata keçirildiyini və TAMIU-nun Texasda bu layihəyə qoşulan ilk universitet olduğunu bildirib.
Ray Keck qeyd edib ki, razılaşmaya əsasən bu yaydan etibarən tələbələrin Azərbaycan haqqında geniş biliklər əldə etmələri üçün tədbirlər hazırlanıb. TAMIU iyulda ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və SOCAR tərəfindən təşkil olunacaq Bakı Yay Enerji Məktəbinin iki həftəlik sertifikat proqramında iştirak etmək üçün tələbələr seçəcək.
Görüşdə vurğulanıb ki, bu məktəb qlobal enerji və ətraf mühit məsələlərini daha yaxşı öyrənmək və praktikada tətbiq etmək məqsədilə tanınmış alimləri, universitet müəllimlərini, siyasətçiləri bir araya gətirir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51