“İdman Azərbaycan” kanalının baş direktoru Elsevər Dünyamalıyev işdən çıxarılıb
Bu barədə lent.az-a “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) mətbuat xidmətindən bildirilib.

Elsevər Dünyamalıyev Azərbaycan Televiziyasının baş proqram direktoru təyin olunub: “İdman Azərbaycan” kanalına rəhbər təyin olunana qədər adıçəkilən kanala rəhbərlik də müvəqqəti olaraq E.Dünyamalıyevə həvalə olunub”.

Lent.az-ın əldə etdiyi daha bir məlumata görə, dövlət kanalında “Kino klubda görüş” kimi verilişlərin rejissoru, uzun illər AzTV-də bədii rəhbər vəzifəsində çalışan Etibar Babayev də vəzifəsindən azad edilib.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.