Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfəri zamanı rəsmi qarşılanma mərasimi təşkil edilib.

ANS PRESS-in məlumatına görə, Türkiyə dövlət başçısının avtomobilini əllərində Türkiyə bayrağı olan atlılar müşahidə edib.

Maraqlı görüntülərə səhnə olan qarşılanma mərasimində İran prezidenti Həsən Ruhani şəxsən iştirak edib. İki dövlət başçısı arasında səmimi münasibət diqqətdən yayınmayıb.

Tehrandalı Sadabat Sarayında təşkil olunan rəsmi qarşılanma mərasimi zamanı iki ölkənin himni səslənib. Daha sonra prezidentlər arasında təkbətək görüş keçirilib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin rəsmi dəvəti əsasında reallaşdırılan səfərdə R.T.Ərdoğanı xarici işlər naziri Mövlut Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, gömrük və ticarət naziri Nurəddin Canıklı, enerji və təbii sərbətlər naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ömər Çelik və inkişaf naziri Cevdet Yılmaz müşaiyət edirlər.

Türkiyədən İrana prezident səviyyəsində 4 il aradan sonra baş tutan ziyarətdə Türkiyə-İran Yüksək Səviyyəli İş Birliyi Şurasının ikinci toplantısı keçiriləcək. Həmçinin İranın dini lideri Ayətullah Seyyid Əli Xameneyi və prezident Həsən Ruhani ilə Tehranda görüş nəzərdə tutulur.

Görüşlərdə Türkiyə ilə İran arasında ikitərəfli əlaqələrin indiki vəziyyəti, eləcə də regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq.

video

Mənbə
ANS PRESS