Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işində maliyyə pozuntuları aşkarlanıb
Dövlət qulluğunun tənzimləməyən qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi nəticəsində əmək haqqı, ezamiyyə müddətinin düzgün hesablanmaması səbəbindən ezamiyyə xərcləri artıq ödənilib, xidməti minik avtomobillərinin sayı həddinə əməl edilməyib, nəqliyyat vasitələrinin təmiri bəzi hallarda qüsur aktları tərtib edilmədən həyata keçirilib, normalara riayət edilməməsi nəticəsində artıq yanacaq silinib.
Komitəyə 2013-2014-cü illərdə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına vəsait üzrə yerinə yetiriləcək təmir-tikinti işləri ilə bağlı mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməyib, ödənişlər icraçının təqdim etməli olduğu sənədlər tələb olunmadan aparılıb, başa çatmayan təmir-tikinti işlərinin dəyəri müəssisənin balansında müvafiq hesabda əks edilməyib.
Bağlanmış müqavilələrdə və mal alışı sənədlərində (qaimə-faktura) malların adları, texniki tələbləri, ölçüləri, mənşəyi və parametrləri öz əksini tapmamış, 2 halda müqavilə öhdəlikləri 23,5% və 12,3% icra edilərək heç bir səbəb göstərilmədən ləğv olunub və müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan digər müəssisə ilə birbaşa müqavilə bağlanaraq icra edilib.
Smetada nəzərdə tutulmayan vəsait hesabına satınalma keçirilmədən brbaşa müqavilələr bağlanılmaqla Aerogeodeziya Müəssisəsi tərəfindən 14 ədəd, Mərkəz tərəfindən 12 ədəd, Fabrik tərəfindən 1 ədəd və İnstitut tərəfindən 20 ədəd nəqliyyat vasitəsi alınıb, müvafiq icra hakimiyyətinin razılığı olmadan həmin avtomobillərdən İnstitut tərəfindən 5 ədədi, Aerogeodeziya Müəssisəsi tərəfindən 9 ədədi, Mərkəz tərəfindən 8 ədəd Komitəyə və onun tabeliyində olan qurumlara əvəzsiz verilib.
İnstitut tərəfindən inzibati ərazi dairələrinin və bələdiyyə ərazisi sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl-tədqiqat və mərz nişanlarıın basdırılması işlərinin aparılması, xəritələrin tərtibi və sai rişləri üzrə tərtib edilən naryadlar bəzi halalrda İnstitutun və onun tabeliyində olan qurumların cavabdeh vəzifəli şəxslər tərəfindən, bəzi hallarda isə müvafiq iş ocraçıları tərəfindən imzalanıb, bir sıra hallar isə naryadlar yoxlanılmadan qəbul edilib, nəticədə inzibati ərazi dairələrinin və ərazi dairələrinin və ərazi vahidlərinin döngə nöqtələrinin koordinatlarını göstərməklə sərhədlərinin müəyəyn edilməsi, xəritələşdirilməsi və mərz nişanlarının qoyulmasına dair nümunəvi qiymət normalarının düzgün tətbiq edilməməsi səbəbindən 18 nəfər iş icrasıçısına artıq mək haqqı ödənilib.
Nəzarət tədbiri üzrə Kollegiya Qərarında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aparatı üzrə ümidsiz borc kimi ləğv edilən 269 manat debitor borcun müvafiq mühasibat yazılışı (müxabirləşmə) verilərək uçota bərpası və cavabdeh şəxs tərəfindən müvafiq mal-materiallarının alınması, yanacaq alınmasına görə yaranan 598 manat debitor borcun müvafiq mühasibat yazılışı verilərək malların satışı üzrə müvafiq hesabda (qısamüddətli debitor borcları hesabında) əks etdirilməsi, Dövlət Yerquruluşu Layihə İnstitutu üzrə müvafiq dövrlərdə təhtəlhesab şəxlərlə hesablaşmalar üzrə uçota alınmamış 2 869,5 manat debitor və 70 398,8 manat kreditor borclarının müvafiq mühasibat yazılışı verilərək uçota bərpası, inzibati ərazi dairələri və ərazi vahidlərində aparılmış müxtəlif yer quruluşu işləri üzrə qiymətlərin nümunəvi normalarının məcmuəsinin bəzi müddəalarının düzgün tətbiq edilməməsi səbəbindən 18 nəfər iş icraçısına artıq ödənilmiş ümumilikdə 2 716,9 manat əməkhaqqı məbləğinin, İnstitutun əməkdaşlarına artıq ödənilmiş ümumilikdə 2 403,2 manat ezamiyyə xərclərinin, balansında olan nəqliyyat vasitələrinə artıq silinmiş 5 800 manat məbləğində yanacağın dəyərinin, bağlanılmış müqavilə üzrə malların tender təklifi qiymətindən baha qiymətə alınması səbəbindən icraçıya artıq ödənilmiş 7 080 manat məbləğində vəsaitin cavabdeh şəxlər tərəfindən 14 noyabr 2014-cü ildə dövlət büdcəsinə ödənilərək bərpası, Dövlət Aerogeodeziya Müəssisəsi üzrə Geodeziya və Kartoqrafiya Fondunda əskik gəldiyi aşkar olunmuş 7 760,3 manat məbləğində 107 ədəd xəritənin dəyərinin, istismara yararsız olması səbəbindən 2013-cü ildə 2 ədəd minik avtomaşınının balansdan silinməsi ilə əlaqədar anmara mədaxil edilməyib və təkrar emal üçün müvafiq qurumlara təhvil verilməmiş mütal tullantılarının 221,8 manat məbləğində dəyərinin aidiyyəti maddi-məsul şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası, Dövlət Torpaq kadastrı və Monitorinqi Elmi-istehsalat Mərkəzi üzrə anbarda artıq gələn ümumi dəyəri 855 manat məbləğində olan mal-materialların Mərkəzin anbarıında mədaxil edilməsi və uçota bərpası, nəqliyyat vasitələrinin sürücülərinə yanacaq alınması üçün verilmiş pul vəsaitlərinin sürücülərinə dair təstiqləyici sənədlər təqdim edilmədiyi halda xərc edilmiş ümumilikdə 6 050 manat məbləğində yancağın dəyərinin dövlət büdcəsinə ödənilərək bərpası, Bakı kartoqrafiya fabriki üzrə balansında olan nəqliyyat vasitələrinə artıq silinmiş ümumilikdə 116,7 manat məbləğində yanacağın dəyərinin, işlərin qəbulu aktı üzrə podratçı təşkilatlara artıq ödənilmiş 1 883,3 manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilərək bərpasının təmin olunması nəzərə alınıb.
Qeyd edək ki, Dövlət Torpaq Xəritəçəkmə Komitəsi Azərbaycan Prezitendinin 5 fevral 2015-ci il tarixli fərmanı ilə ləğv edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04