Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bakı şəhər sakini Mehdi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə M. Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Mehdi Mehdiyev Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 234-cü ( narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanılıb