Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Latviyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına və Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verib. XİN-in mətbuat xidmətinin rəhbəri Himət Hacıyev “Report”a bildirib ki , səfir Hardijs peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan idi: “O, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi. Allah rəhmət eləsin!”