"Ermənistan regionda sülh, sabitlik və öncədən görünə bilən vəziyyətin bərqərar olmasında maraqlı deyildir"
Qeyd olunur ki, ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən də dəfələrlə bəyan edildiyi kimi mövcud status kvo qəbuledilməzdir. "Mövcud status kvonun əsasını isə Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı təşkil edir. Bu səbəbdən qəbuledilməz olan status kvo ilk növbədə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə dəyişdirilməlidir. 2014-cü ilin mayında ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik ATƏT Minsk Qrupunun digər həmsədrləri tərəfindən də dəstəklənən münaqişənin həllinə dair altı bənddən ibarət planı təqdim etdi. Bu planın da başlıca elementi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsidir", deyə H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin israrlı çağırışlarına baxmayaraq, Ermənistan böyük sülh sazişi üzərində işə başlamaqdan imtina edir.
"ATƏT Minsk Qrupunun həmsədrlərinin bəyanat və çağırışlarını təhrif edən Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli Budapeşt sənədində həmsədrlərin fəaliyyətinin əsasını BMT nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil etdiyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının qətnamələri isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu təsbit edir, güc tətbiq edərək ərazi əldə etməsinin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir", XİN mətbuat xidmətinin rəhbəri deyib.
"ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan humanizmdən kənar şəkildə itkin düşmüş şəxslər barəsində məlumat mübadiləsindən imtina edir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlı itkin düşmüş hesab edilir. Onların əksəriyyəti Ermənistan tərəfindən öldürülüb və işğal edilmiş ərazilərdə və Ermənistan ərazisində kütləvi məzarlıqlarda basdırılıb. Müasir DNT analizləri vasitəsilə onların kimlikləri müəyyən edilə və ailələrinə məlumat verilə bilərdi", - deyə H.Hacıyev əlavə edib.
O, bilidirib ki, hal-hazırda davam edən vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Ermənistan rəhbərliyi yürütdüyü destruktiv siyasət ilə bir daha sübut edir ki, Ermənistan regionda sülh, sabitlik və öncədən görünə bilən (proqnozlaşdırıla bilən) vəziyyətin bərqərar olmasında maraqlı deyildir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10