Rusiyada azərbaycanlı alma satıcısı tutuldu
ANS PRESS-in "Kommersant"a istinadla verdiyi məlumata görə, bu Qaçay Tağı oğlu Hacıyev adlı şəxsdir.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, o alma satışından əldə edilən pulu “Böyük Suriyanın döyüşçüləri” terrorçularına "Cund əş-Şam"a göndərib.
Bu işin fiqurantı hesab edilən Q.Hacıyevin nümayəndələri isə ancaq öz qardaşına pulla kömək etdiyini, o yoxa çıxandan sonra ailəsinə yardım göstərdiklərini deyib.
Qeyd edək ki, Lipetsk vilayəti Prokurorluğu Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsi terrorçu təşkilata yardım edən şəxsin zərərsizləşdirildiyi barədə fevralın 27-də məlumat yaymışdı. İstintaq sirri olduğundan FTX və prokurorluq cinayət məsuliyyətinə cəlb olunan şəxsin kimliyini açıqlamamışdı.
Mart ayında onun barəsində həbs qəti-imkan tədbiri aprelin sonuna kimi uzadılmışdı.
Saxlanılan şəxsin yaxınlarının sözlərinə görə, fevralın 26-da o özünə məxsus "Nissan" markalı maşını ilə işdən evə qayıdarkən saxlanılıb. "Gecəni harada keçirdiyini bilmirik. Evə əməliyyatçılarla birgə gəldi. Döyülmə izləri var idi. O, həbs edildi və 10 gün sonra rəsmi ittiham irəli sürüldü. İndi o həbsxanadadır. Ailəsini isə qohumları Sankt Peterburqa aparıb. Onun həyat yoldaşı demək olar ki, rus dilində bilmir". Bu sözləri saxlanılan şəxsin keçmiş həyat yoldaşı Viktoriya Babkina deyib.
Onun sözlərinə görə, keçmiş ərinin terrorçuları maliyilləşdirməsini demək düzgün deyil. "Qaçy iri biznesmen deyil. Maşın almışdı, alma satırdı. İstintaq iddia edir ki, o pulu Türkiyəyə göndərib. Oradan isə Suriya terrorçularına. Əslində isə o qardaşına, onun ailəsinə kömək edirdi".
Onlardan başqa ittiham edilən şəxsin bacısı Suğrada Suriyada yaşayır. Onun əri ölüb. Alma satışı ilə məşğul olan iş adamı bacısının ailəsinə də kömək əlini uzadıb. "O ancaq Suriyadakı qohumlarına yox, Azərbaycandakı və Rusiyadakılarada pul göndərirdi".
Məlumata görə, Qaçayın qardaşı Aqil bir il öncə Suriyada itkin düşüb. Azərbaycan mətbuatında yer alan məlumata görə, Aqil Hacıyevin “Əl-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən tutulub və şəriət qaydalarına görə, edam hökmü verilib. Lakin önun barəsində sonradan hər hansı məlumat bildirilməyib.
Qeyd edək ki, A.Hacıyev “Cund-əş-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan “Sumqayıt camaatı”nın əmiri kimi tanınıb.
V.Babkinanın sözlərinə görə, keçmiş əri qardaşını qatı dindar kimi təqdim edib. "Qaçay deyirdi ki, qardaşı özünün 4 uşağından başqa ikinci həyat yoldaşının da iki, eləcə də övladlığa götürdüyü iki kimsəsiz uşağa da baxıb". Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda nə qədər ev ipotekadadır?
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35