[ 05 Aprel 2015 17:54 ]


Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək

Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 4-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 13-18 dərəcə olacaq.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.