Bakı, 5 aprel, AZƏRTAC
Balakən rayonu, Şərif kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 495 kvadratmetr olan birmərtəbəli 9 otaqdan ibarət məktəb binasının yanar konstruksiyaları, sinif otaqları və inventarlar yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktəbin yaxınlıqda olan digər korpusu və anbar binası yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.