Balakəndə məktəbdə yanğın olub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Balakən rayonunun Şərif kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 495 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət məktəb binasının yanar konstruksiyaları, sinif otaqları və inventarlar yanıb.

 

Məktəbin yaxınlıqda olan digər korpusu və anbar binası yanğından mühafizə olunub. Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.