Progeriya, yəni erkən qocalma sindromuna mübtəla olduğu üçün normal insanlarla müqayisədə 8 dəfə sürətlə yaşlaşan Hayli Okines 17 yaşında vəfat edib.
O, dünyasını dəyişəndə vücudunun yaşı 104 il idi.
Milli.Az Daily Mirror-a istinadən bildirir ki, İngiltərənin Şərqi Esseks qraflığındakı Bekshill şəhərində doğulmuş Hayli Okines progeriya, yaxud da Hatçinson-Qlifford sindromu xəstəsi idi.
Onun anası UKerrinin dediyinə görə, Hayli dünyaya gələndə həkimlər onun ən uzağı 13 yaşınadək yaşayacağını demişdilər.
Amma Hayli həyatı uğbrunda mübarizə apardı. Ailəsi ilə birlikdə aktiv ictimait fəaliyyətdə olan Hayli dünyanın diqqətini progeriya xəstəsi olan uşaqlara yönəltməyə çalışır, ölkələri dolaşırdı. Onun görüşdüyü məşhurlar arasında şahzadə Çarlz, Castin Biber və Kayli Minouq da vardı.
Progeriya xəstəliyinin səbəbi insan orqanizmində progerin geninin mutasiyaya uğramasıdır. Dünyada hazırda yalnız 74 nəfər progeriya xəstəsi var.
Progeriya xəstəsi olan 10 yaşlı uşaqda eynən 80 yaşlı insandakı kiçi keçəllik, revmatizm, ürək çatışmazlığı yaranır.
Belə xəstələr əksər hallarda 13 yaşa çatanda ürəktutma və ya iflicdən ölürlər.
Hayli Okines Britaniya və ABŞ mediasında "Anasından yaşlı olan qız”, "Dünyanın ən qoca gənc qızı" kimi tanınırdı. Onun barəsində "Old Before My Time" kitabı da çapdan çıxıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin







