Cəbhə xəttində yerləşən kəndlərin problemlərinin həlli diqqətdə saxlanılır
Füzuli, 4 aprel, AZƏRTAC
Əhalinin problemlərinin yerində öyrənilməsi və həlli məqsədilə Füzuli rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq yerlərdə sakinlərlə görüşlər keçirilir, onların fikir və təklifləri dinlənilir.
AZƏRTAC xəbər verir ki, rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələrinin də iştirakı ilə növbəti görüş cəbhə xəttində yerləşən Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərində keçirilib.
Görüşdə əhalinin problemlərinin həlli, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq və abadlıq işlərindən danışılıb. Bildirilib ki, rayonun cəbhə xəttində yerləşən kəndlərinin problemlərinin həllinə diqqətlə yanaşılır. Digər kəndlərdə olduğu kimi, Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərinin də elektrik enerjisi, su, qaz və yol ilə bağlı qayğıları tam həll olunub, sakinlər məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər.
Sonra rayon elektrik şəbəkəsi, suvarma sistemləri idarəsi, qaz istismar sahəsi, su-kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.
Sakinlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilib, bəzilərinin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq quruculuq işlərindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10