Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Aşkarlanmış sursata baxış keçiriblər. Məlum olub ki, bu, təlim-tədris zamanı istifadə olunan 1 ədəd 82 millimetrlik minaatan mərmisidir. Sursat ərazidən uzaqlaşdırılaraq zərərsizləşdirilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.