[ 04 Aprel 2015 17:00 ]



Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Məclisinin növbəti toplantısı baş tutub.

 

APA-nın məlumatına görə, Məclisin boş qalan 27, Mərkəzi Nəzarət-Təftiş Komissiyanın (MNTK) isə boş qalan 4 yerinə seçkilər keçirilib.

 

Seçkilərin nəticəsinə əsasən, Məclisə 27 üzv seçilib və bununla da Məclisin formalaşması başa çatıb.

 

MNTK-nın isə 4 yerindən ikisinə üzv seçilib, ikisi boş qalıb.