Biləsuvarda əxlaqsızlıq yuvası aşkarlanıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Biləsuvar rayon sakinləri A.Alıkişiyevin və C.Balakişiyevin özlərinə məxsus kafedə əxlaqsızlıq yuvası saxlamaları müəyyən edilib.

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qızılkənd kəndində Aranlı kənd sakini Allahverən Alıkişiyevin və Cəlil Balakişiyevin özlərinə məxsus kafedə əxlaqsızlıq yuvası saxlamaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS