Qaradağ rayonunda 2 yol qəzası baş verib
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də, saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Lənkəran rayon sakini Mais Abıyev vurulub. Müxtəlif xəsarətlər alan M.Abıyev xəstəxanaya yerləşdirilib.

Aprelin 3-də, saat 01 radələrində isə müəyyən edilməmiş avtomobillə yolu keçən Qobustan qəsəbə sakini Elvin Cəbrayılov vurulub. E.Cəbrayılov da müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

Milli.Az