[ 04 Aprel 2015 14:08 ]
Bakı. Fuad Cəfərov - APA. Abşeronda oğurluğa cəhd edən şəxslər saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də saat 03 radələrində Xırdalan şəhərində Bakı şəhər sakini Esmiralda Kərimovaya məxsus restorandan oğurluğa cəhd göstərən Şəki rayon sakinləri Anar Məmmədov, Mehman Yusifov və Cəlilabad rayon sakini Xəyalə İbrahimova Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq Rayon Polis İdarəsinə təhvil veriliblər.