Bakıda peşəsi insanları təraş etmək və gözəlləşdirmək olan gənc çirkin əməl tutub. Əməlini isə üç ay gizlətməyi bacarıb
Milli.Az xəbər verir ki, yanvarın 30-da naməlum şəxs Pərvin İsmayılovun evindən 1330 manat, həmçinin sənədləri oğurlayıb. Binəqədi rayon Polis İdarəsi əməkdaşları oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ərzulla Haziyevi tutublar. Sabirabad rayon sakini olan 26 yaşlı Ə.Həziyev ilikin dindirmə zamanı cinayətə əl atmasını mağazaya borcunun olması ilə əsaslandırıb. Yaşadığı Sulutəpə qəsəbəsindəki marketə 300 manat borcu olub və onu qaytara bilməyib.

Qəsəbə ərazisində bərbər işləsə də, qazancı həmin borcu qaytarmağa imkan verməyib. Ona görə də, qonşusunun evindən oğurluq etməyi qərara alıb. Ev sahibinin yoxluğundan istifadə edərək həyətə keçib və içəri daxil olub, pulları götürərək aradan çıxıb.

Əldə etdiyi pulla borcunu qaytarıb. Hazırda Ə.Həziyevə qarşı Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə ittiham irəli sürülüb.

Gülər
Milli.Az