Xalq artisti Brilliant Dadaşova oğlu Cahadı evləndirmək üçün qız axtarır.

Axşam.az-ın məlumatına görə, müğənni "ATV Maqazin" verilişinə açıqlamasında necə gəlin istədiyindən danışıb:

"4 yaşından oğluma qız axtarıram, amma demişəm, özü də baxsın. Atası və mənim üçün önəmli olan oğlumuzun evlənməsidir. Göstərdiyim qızların hərəsinə bir söz deyir: o, evlənmək üçün deyil, bu, dostumdur. Ağıllı, savadlı qız istəyirəm. Müğənni də, rəqqasə də, musiqiçi də ola bilər. Qara Qarayevi, Cəfər Cabbarlını, Aleksandr Dümanı tanısın, Nizami Gəncəvinin əsərlərindən xəbəri olsun, Mirzə Fətəli Axundovun nədən yazdığını bilsin. Dünyagörüşü olan gəlin istəyirəm".

B.Dadaşovanın bu yaxınlarda yeni albomu işıq üzü görüb:

"7 aydır studiyadan çıxmırdım. Bir-bir mahnılara qulaq asır, göstəriş verirdim. Elə şeylər var ki, aranjimançı onu aylarla fikirləşir. Gördüm vaxt yoxdur özüm yanında oturdum".