Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.Bakıda bıçaqlanma hadisəsi baş verib
Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Anar Məstənov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. A.Məstənov müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.
Milli.Az