Keniyanın şimal-şərqində yerləşən Qarissa şəhərində baş verən hücum səbəbilə təqsirli bilinən terrorçular qanunla mühakimə olunub.

ANS PRESS-in məlumatına görə, Əş Şəbab" qruplaşması döyüşçülərinin Qarissa universiteti yataqxanasına etdiyi hücumla əlaqədar beş nəfər həbs edilib. Bu barədə Keniya Daxili İşlər naziri İossih Nkasseri xəbər verib.
Cümə axşamı baş verən hadisədə xüsusi əməliyyat nəticəsində içəridə saxlanılan 500-dən çox tələbə xilas edilmiş, lakin 148 tələbənin öldürülməsinə qarşı çıxmaq mümkün olmamışdı.

“Əş Şəbab”ın qanlı hücumundan sonra, hətta ölkənin bir çox rayonlarında komendant saatı elan olunmuşdu.

Qeyd edək ki, Keniya hökümət universitetə edilmiş qanlı hücum planının "Əş Şəbab" rəhbərlərindən olan Məhəmməd Kuno tərəfindən hazırlandığını bildirərək, onun “başına” 217 min dollar mükafat qoyub.
Mənbə
ANS PRESS