Şəmkir rayonunda minik avtomobilinin yanması ilə nəticələnən yanğın hadisəsi baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, rayonda vətəndaşa məxsus "CHEVROLET" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 00:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS