Malidə insan ölümü ilə nəticələnən partlayış hadisəsi qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Malinin paytaxtı Mamakoda hava limanı yaxınllığındakı binalardan birində partlayış baş verib. Bu barədə “Reuters” xəbər yayıb.

Xəbərdə bildirilir ki, binalardan birində yaşanan partlayış hadisəsi zamanı bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.

Partlayışın səbəbi hələlik məlum deyil. Əvvəlcə hadisənin qaz sızması nəticəsində yarandığı iddia edilsə də, daha sonra bomba partlayışı olması barədə fərziyyə irəli sürülüb.

Qeyd edək ki, heç bir qruplaşma hələlik partlayışı öz üzərinə götürməyib.
Mənbə
ANS PRESS