Bakı. 3 aprel. REPORT.AZ/ Axşam saatlarında Şəmkir və Füzulidə yanğın hadisələri baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Şəmkir şəhərində vətəndaşa məxsus birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları yanıb.
Füzuli rayonunda isə vətəndaşa məxsus birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.