“Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq fikrim yoxdur”
“Çoxdandır ki, Azərbaycana gəlmək fikrim var. Amma hələlik imkanım yoxdur. Burda o qədər iş var ki!”

Bu sözləri modern.az saytına Milli Şuranın fəxri sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov deyib.

O, Bakıya gələ bilməməsinin səbəbini belə açıqlayıb.

“Bir ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Xırdalığına gedib hansı orqanımda xərçəng olduğunu demək istəmirəm. Həm Amerikada, həm də burada müalicə olunuram. Ona görə də Bakıya gəlmək arzum reallaşmır”.

“Bu il keçiriləcək parlament seçkilərinə qatılmaq fikriniz varmı” sualına İbrahimbəyov belə cavab verib.

“Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq fikrim yoxdur”.

Kinorejissor yaradıcılığından da danışıb.

“Burada film çəkilişləri ilə də məşğul oluram. Fransa, Gürcüstan, Rusiya və İspaniya kino xadimləri ilə birgə film çəkirik. Ay yarımdan sonra bu filmi bitirəcəm. Sonuncu çəkdiyim film tamaşaçılar tərəfindən böyük sevgiylə qarşılanıb. Bu yaxınlarda həmin filmin premyerası oldu. Çox yaxşı alınıb. Bu yaşımda belə, teatrda çox aktiv işləyirəm”.

Qeyd edək ki, tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun bir müddət öncə siyasi proseslərdə adı daha çox hallanırdı.

Milli.Az