Mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 1 mln. 654 min 266 manat məbləğdə sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan ANS PRESS-ə verilən məlumata görə, 2015-ci ilin mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,416 sığorta tələb qeydə alınıb.

Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:



Mart ayında İcbari Sığorta Bürosu tərəfindən 11 kompensasiya tələbi üzrə 37 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Ümumilikdə 2015-ci ilin 1-ci rübündə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 4,905 sığorta tələbi üzrə 5 mln. 708 min 343 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Mənbə
ANS PRESS