Ötən gün axşam saatlarından başlayan güclü külək Yevlax rayonunda bir sıra fəsadlara yol açıb. Milli.Az El TV-ə ( Region TV ) istinadən xəbər verir ki, güclü külək qovaq ağacını aşırararaq şəhərin Hamlet Rəcəbli küçəsinin sakini Kənan Hüseynova məxsus evin damının üzərinə salıb.

Nəticədə dam örtüyünün az bir hissəsi qırılaraq yararsız hala düşüb. Bundan başqa Yevlaxın Salahlı kəndinin tibb məntəqəsi binasının da dam örtüyü küləyin gücünə tab gətirməyərək yerindən qopub.

Güclü külək şəhərin Qamboy Quliyev küçəsi 2 B ünvanındakı yaşayış binasının dam örtüyünü yararsız hala salıb. Küləyin təsirindən dam örtüyünün bir hissəsi qoparaq yerə düşüb. Rayon Fövqəladə Hallar Komissiyası fəsadların aradan qaldırılması üçün müvafiq addımların atılmasına start verib.

Milli.Az