Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 6-də “Sığorta Agentlərinin III Milli Forumu” keçiriləcək.
Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, tədbir Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçiriləcək.
“AXA MBASK” sığorta şirkətinin təşkilatçılığı, “AzSığorta”, “Standard İnsurance” və “Atasığorta” şirkətlərinin sponsorluğu ilə keçirilən forumda sığorta bazarında agentlərin rolu, onların satış kanalları, vasitəçilərin peşəkarlığının artırılması, agentlik fəaliyyəti və bu sahədə rəqabət mühiti, sığorta agentlərinin üzləşdikləri problemlər, o cümlədən vergilərin ödənilməsi sahəsində problemləri və onların aradan qaldırılması, həmçinin daşınmaz əmlakın icbari sığortasında və avtomobillərin icbari sığortasında mənfi hallar və onların həlli, həm könüllü, həm də icbari sığorta növlərinin agentlər üçün yaratdığı perspektivlər, iqtisadi böhran dövründə sığorta müştərilərinin əldə saxlanılması və digər mövzular ətrafında müzakirələr aparılacaq.