Ankarada TÜRKPA-nın iclası keçirilib
ANS PRESS xəbər verir ki, iclas gündəliyinin əsas mövzusu Türkdilli ölkələrdə səhralaşmaya qarşı mübarizə olub.
Komissiya iclasında üzv ölkələrdən olan deputatları Türkdilli ölkələrdə mövcud olan səhralaşma məsələlərini, üzv ölkərərin mövzu ilə bağlı milli siyasətlərini müzakirə edib və bir sıra təkliflər veriblər.
Eyni zamanda, üzv ölkələrin millət vəkilləri Komissiyanın gələcək fəaliyyətinə dair iş planını müzakirə ediblər. Həmin müzakirələr zamanı komissiya üzvləri TÜRKPA çərçivəsində ətraf mühit sahəsində əməkdaşlığın prioritet yollarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar.
İştirakçılar Türkdilli ölkələrdə ətraf mühit problemlərinin həlli və keyfiyyətli bir həyatın davamı üçün ölkələr arasında məsələlərə ortaq mövqenin göstərilməsi və birgə tədbirlərin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkmişlər. Nümayəndə heyətləri tərəfindən bu sahədə konkret layihələrin həyata keçirilməsi və inkişaf etdirilməsinin önəmi qeyd olunub.
İclasa Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndə heyətləri, eləcə də Türkiyənin Ətraf Mühit və Şəhərsalma üzrə Nazirliyi, Meşə və Su İşləri Nazirliyi, Türk Dünyası Memarlar və Mühəndislər Birliyi, Türk Şurası, Türk Dünyası Bələdiyyələr Birliyi və digər əlaqədar qurumların nümayəndələri qatılıblar.
Komissiyanın hesabat məruzəsi və tövsiyə qərarı 2015-ci ilin sonunda Qazaxıstanda keçiriləcək TÜRKPA-nın Altıncı Plenar Sessiyasında qəbul edilməsi üzrə təsdiqlənib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05