"Altılıq" kimi tanınan Amerika Birləşmiş Ştatları və 5 müttəfiq ölkənin konsensusu İranın nüvə proqramını sərt şəkildə məhdudlaşdırmağı nəzərdə tutur.

İran özünün nüvə proqramının məqsədini dəyişməli, daha çox silah hazırlanmasına deyil, elmi tədqiqatlara diqqətini yönəltməlidir.

Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, əgər razılaşma iyunun 30-na qədər tam ratifikasiya olunarsa, Qərb dövlətləri İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə azaldacaqlar. Sanksiyaların götürülməsi neftlə zəngin ölkəyə öz "qara qızıl"ını dünya bazarına çıxarmaq imkanı yaradacaq. Bazarda satılan neftin miqdarı nə qədər çox olarsa, qiymətlər də tələb-təklif prinsipinə uyğun olaraq aşağı düşəcək.

Bir sıra analitiklər razılaşmanın ratifikasiyasından sonra neftin qiymətinin rekord həddə enəcəyini düşünülrər.

Milli.Az