[ 03 Aprel 2015 13:07 ]



 

Bakı. Fuad Cəfərov – APA. Sabirabad rayon sakininin silsilə oğurluq hadisələri törətdiyi məlum olub.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da Şirazi İsgəndərova məxsus "Mercedes" markalı avtomobildən sənəd oğurlayan Sabirabad rayon sakini Pərviz Hüseynli tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bəhram Əhmədova, Akif Quliyevə, Elşən Cəfərova, Məhərrəm Hüseynova, Qorxmaz Əliyevə məxsus avtomobillərdən, habelə Hicran Şahsuvarovaya məxsus gözəllik salonundan və Elnur Əsədova məxsus çay evindən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.