"Könüllü surətdə ölkəmizə gələn hərbi qulluqçu Andranik Araratoviç Qriqoryana Azərbaycan pasportu verilməlidir".

Trend-in məlumatına görə, bunu millət vəkili İqbal Ağazadə Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, Andranik Araratoviç Qriqoryan Azərbaycan vətəndaşıdır:

“Bunun üçün heç bir problem olmamalıdır. Digər erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edilməlidir ki, ölkəmizə gəlsinlər. Hətta 3-cü ölkədən mümkün olsa belə bu addımı atsınlar. Çünki Azərbaycanda milli ayrı-seçkiliklə bağlı heç bir problem yoxdur. Azərbaycanın dövlət orqanları, o cümlədən XİN və Prokurorluq müraciət etməlidir ki, hətta müharibədə iştirak edənlərə güzəşt edilə bilər. Beləliklə, həmin şəxslərə qaçqın statusu verilməsi mümkündür”.

Spiker Oqtay Əsədov da bu təklifə münasibət bildirib: "Elan çox olsa, qorxuram ki, hamı qaçqın statusu almaq üçün Azərbaycana gələr".

Milli.Az