Ürək parçalayan bu foto Suriya qaçqınlarının Türkiyə ərazisində yerləşən düşərgəsində çəkilib. Milli.Az xəbər verir ki, fotoqraf Osman Sayırlı düşərgədə qızcığazın fotosunu çəkmək üçün obyektivi ona sarı yönəldib. Bunun silah olduğunu düşünən qızcığaz əllərini qaldıraraq təslim olub.
Foto sosial şəbəkədə böyük rezonansa səbəb olub. 14 mindən çox retvit edilib. Sosial şəbəkə istifadəçiləri belə bir halın çox kədərli olduğunu düşünürlər.
"Bax belə bir dünya yaratmışıq", - deyə sosial şəbəkə istifadəçilərindən biri yazır. "Məni qəhər boğur. Axı bizim günahımız ucbatından planetimiz belə qorxulu bir yerə çevrilib", - bir başqası əlavə edib.
Rəsmi statistikalara görə, Suriyada 5 ildir ki, davam edən vətəndaş müharibəsi nəticəsində 10 mindən çox uşaq həlak olub. 5 milyondan çox uşağın isə humanitar yardıma ehtiyacı var.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.


