“Red Bull” şirkəti “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı olub
Bakı, 3 aprel, AZƏRTAC
Dünyanın aparıcı enerji içkiləri istehsalçısı olan “Red Bull” “Bakı-2015” ilk Avropa Oyunlarının tərəfdaşı olub. “Bakı-2015” zamanı şirkət enerji içkilərindən hazırlanan təkrarolunmaz dada malik məhsulunu, həmçinin sosial media ilə bağlı yeniliyini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, “Red Bull”un sosial media kanalları mətbuat və sosial marketinq sahələri üzrə qlobal liderlər olaraq, “Bakı-2015"i dəstəkləmək üçün birinci Avropa Oyunlarınadək qalan müddət ərzində regional əsaslı sosial media tədbirləri həyata keçirəcək.
“Red Bull” bu tədbirlər zamanı Azərbaycanda daha az tanınmış idman növlərini diqqət mərkəzinə gətirəcək. Məqsəd yerli əhali arasında onların populyarlığını artırmağa kömək etmək və Avropa Oyunlarına bilet satışına dəstək olmaqdır. Bu idman növlərinə avarçəkmə, çimərlik voleybolu, velosiped idmanı (BMX, şosse velosipedi və dağ velosipedi növləri), çimərlik futbolu, 3x3 basketbolu və qılıncoynatma daxildir. Enerji içkiləri şirkəti tamaşaçılar üçün arena daxilində əyləncələr təşkil edəcək. Buraya məşhur DJ-lərlə görüşlərin təşkili də daxildir. “Red Bull” Atletlər Kəndində idmançılar üçün də əyləncəli tədbirlər həyata keçirəcək.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, “Red Bull” dünyaca məşhur brenddir və tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına fərqli üslubları ilə dəstək verəcək. Şirkət həm də Azərbaycanda bir sıra tədbirlərin həyata keçirilməsində əldə etdiyi uğurlu nəticələrlə öyünə bilər. Artıq “Red Bull”da idman tarixinə qızıl hərflərlə yazılacaq Avropa Oyunlarını dəstəkləyən və tərəfdaşlıq edən digər tanınmış beynəlxalq və Azərbaycan şirkətlərinin sırasına qoşulur.
“Red Bull” Azərbaycanda tədbirlərin təşkil edilməsi və tanıdılması sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Son olaraq, 2014-cü ildə “Thre3style” dünya DJ çempionatının final mərhələsini və İohan Sebastyan Baxın əsərləri ilə breyk dansla müasir baletin sintezindən ibarət “Flying Bach” tədbirini reallaşdırıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05