[ 03 Aprel 2015 10:33 ]
Bakı. Fuad Cəfərov - APA. Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda qayıqla dənizə çıxan 2 balıqçı (xilasetmə məntəqəsindən 1 km sağa, 1 km dənizin içərisinə doğru) batmaq təhlükəsi ilə üzləşib.
Dərhal FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.