ANS PRESS-in məlumatına görə, İraqın baş naziri Heydər İbadi Tikrit şəhərinin küçələrində gəzib. Onu müşayiət edən ölkənin müdafiə nairi Xalid Ubeydi İraq ordusunun böyük bir zəfər qazandığını dilə gətirib.
Baş nazir şəhərin təhlükəsizliyinin artırılması üçün lazımı tədbirlərin görülməsi, ev-eşiyini qoyub-qaçan şəhər sakinlərinin yenidən qayıtmasının təmin edilməsi və şəhərin əvvəlkindən də yaxşı olması barədə tapşırıqlarını verib.
İraqın daxili işlər naziri Muhamməd Qəban Tikritin böyük bir hissəsinin azad edildiyini bildirsə də, o, hələ şimal tərəfdə qalan Qadisiyə bölgəsində döyüşlərin getdiyini qeyd edib.

MənbəANS PRESS