Ata oğlunun dişini qeyri-adi üsulla çəkib. ANS PRESS-in məlumatına görə, bu videoçarx sosial şəbəkədə baxılma rekordu vurur.

Oğlunun dişinə ip bağlayıb avtomobillə çəkən ata görənləri çaşdırıb. Belə ki, ata ipin bir ucunu oğlunun dişinə, digərini isə lüks avtomobilinin arxa tərəfinə bağlayıb çəkir.

Oğlunun dişini bağladığı iplə çəkən ata oğlunu böyük bir dərddən xilas etdiyinə sevinir.

Uşaq da bu hadisədən heç də şikayətçi kimi görünmür.

Bir müddət əvvəl İngiltərədə ata oğlunun dişini qolf topu ilə çəkərək diqqət mərkəzinə düşmüşdü.



Mənbə
ANS PRESS