Dilqəm kimi əsir düşən Kəlbəcər (VİDEO)
Kəlbəcərin işğalını Azərbaycanın Qarabağ müharibəsindəki ən böyük hərbi-stareji məğlubiyyəti kimi qiymətləndirirlər. Çünki, bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı. Ermənistanla Dağlıq Qarabağ arasında böyük bir ərazidə yerləşən Kəlbəcər 1993-cü ilin aprelinə kimi duruş gətirə bildi. Aprelin 2-si isə necə deyərlər təslim aktına qol çəkildi. Bəli, bu artıq aprel zarafatı deyildi və Kəlbəcər hələ də bizimdir - deyə daha heç kim and içə bilməzdi, nə Qurana, nə başqa inandıqlarına, nə də ayaqlar altında qalan çörəyə.
İndi yerə düşən tikəni öpüb göz üstə qoymağın hansısa müqəddəs dəyərə sahib çıxmaq anlamına gəlməsi kimi nəzəriyyələr də sadəcə boşboğazların işinə yarıyardı. Ortadakı ən müqəddəs dəyərin - Vətənin bir parçasının əldən getməsi fonunda bunlar çox xırda detallar idi. Bəli, Kəlbəcər gedirdi və onun itiriləcəyinə o vaxt ölkə prezidenti Əbülfəz Elçibəy ANS-ə müsahibəsində də açıq-aydın eyham vurmuşdu. O, bildirmişdi ki, hücum əməliyyatlarının dayandırılması və səylərin birləşdirilməsi üçün dünya dövlətlərinin tərəfləri bir masa ətrafında oturmağa çağırışını Azərbaycan tərəfi dəyərləndirsə də, Ermənistan buna əməl etmir:
“Ermənstan Laçın və Şuşada törətdiyi cinayəti bu gün Kəlbəcərdə törətmək istəyir. Ehtiyat edirik ki, böyük qırğın, insan qırğını, xüsusən də uşaqların və qadınların qətliamı baş verə bilər. Hazırda bütün gücümüzlə çalışırıq ki, həmin bölgələrdə uşaqları və qadınları çıxaraq”, - deyə Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəy bəyan etmişdi.
Bəlkə də zaman və mövcud şərait baxımından düzgün qərar idi. Ortalıqda doğrudan da Xocalı faciəsinin acı təcrübəsi vardı. Heç bir rəhbər milləti qırğına verdin ittihamını öz üzərinə götürmək istəməzdi. Amma razılaşın ki, rayonların boşaldılmasını düzgün siyasət hesab edənlərlə də istənilən qədər mübahisə etmək və bu mübahisədən qalib ayrılmaq olar. Fakt budur ki, biz Kəlbəcərdən də məğlub ayrıldıq. Bunun səbəbini 1993-cü ilin o qarışıq günlərində hərə bir cür izah edirdi.
Hər cür əsaslandırmalara, hər cür ittihamlara rəğmən Kəlbəcər getdi. Səbəbləri bu gün çoxlarını qıcıqlandırır deyə danışmırıq. Bir də ki, 22 ildir danışıb nə əldə etmişik? Əsrin dörddə biri qədər vaxt keçib və Kəlbəcər hələ də bizim deyil. Onu itirmişik. Balaca, südəmər quzu anasını itirən kimi. 22 ildir o mələyir, ilan dili çıxarır. Kəlbəcər əsirdir. Onunla birlikdə Dilqəm də, Şahbaz da əsirdilər. Öz Vətənində əsir!
Mənbə
ANS TV: Ləman Əliəşrəfqızı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10